Ölkə banklarının xarici öhdəlikləri artıb | Banco.az

Ölkə banklarının xarici öhdəlikləri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin fevralın 1-i tarixinə 2 milyard 624 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 38.2 mln. manat artıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.

Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 5.1% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram