Ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, kompensasiya necə alınacaq? | Banco.az

Ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, kompensasiya necə alınacaq?

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından sonra vətəndaşlarda güzəştlərin tətbiqi, kompensasiya mexanizmi və digər məsələlərlə bağlı suallar yaranıb.

İqtisadçı Vüqar Bayramov bir sıra suallara aydınlıq gətirib:

Ən sərfəli kredit üçün müraciət et

 

Kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyanı necə alacaq?

Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək.