"Nurgun Group" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü | Banco.az

"Nurgun Group" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü

Nurgun Group Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 AZN məbləğində vəsaitin köçürülməsi haqda qərar qəbul edib. Korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən Nurgun Group bu dəfə də xalqımıza dəstək məqsədi ilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulur. Şirkət koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç