Noyabr ayının 1-nə banklardan kənarda nağd pul kütləsinin MƏBLƏĞİ | Banco.az

Noyabr ayının 1-nə banklardan kənarda nağd pul kütləsinin MƏBLƏĞİ

Bu ilin noyabrın 1-nə Azərbaycanda banklardan kənarda nağd pul kütləsi (M0 aqreqatı) 8 693,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu rəqəm oktyabrın 1-i ilə müqayisədə 115,1 mln. manat və ya 1,3 faiz çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə M0 aqreqatında 1.571,1 mln. manat və yaxud 22 faiz artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin maksimal həddi 2014-cü il iyul ayında qeydə alınıb və 10.508,9 mln. manat təşkil edib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et