Norveç Sərvət Fondu ötən il rekord məbləğdə zərərə uğrayıb | Banco.az

Norveç Sərvət Fondu ötən il rekord məbləğdə zərərə uğrayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Sərvət Fondu 2022-ci ildə rekord məbləğdə zərərə uğradığını açıqlayıb.

Banco.az xəbər verir ki, dünyanın aparıcı dövlət sərvət fondlarından biri olan Norveç Sərvət Fondu Rusiya-Ukrayna müharibəsi və bazarlarda qeyri-sabitliyə səbəb olan yüksək inflyasiya səbəbindən ötən il 1 trilyon 637 milyard Norveç kronu (164,4 milyard ABŞ dolları) itirdiyini açıqlayıb.

Bu barədə fond rəsmi bəyanat yayıb.

Bildirilib ki, 2022-ci ildə fondun investisiya itkisi 14,1 faiz təşkil edib ki, bu da 1 trilyon 637 milyard Norveç kronuna (164,4 milyard ABŞ dolları) bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən investisiya itkisinin 2008-ci il maliyyə böhranından sonra fondun ən böyük itkisi olması isə diqqətdən yayınmayıb. 2008-ci ildə isə fond 633 milyard Norveç kronu zərərə uğramışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et