Niyə Accessbank Fitch reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb? | Banco.az

Niyə Accessbank Fitch reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb?

“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, Mövcud və gələcək səhmdarlar israr edirdilər ki, danışıqlar prosesində konfidensiallıq tam təmin olunsun.

Kapitallaşma prosesinə fərqli ölkələri və müxtəlif korporativ maliyyə mədəniyyətini təmsil edən iri beynəlxalq institutlar cəlb olunub. Təsəvvür edirsiniz ki, son aylar ərzində biz hansı həcmdə işin öhdəsindən gəlmişik? Bu prosesin maksimum şəkildə kənar gözlərdən və arzuolunmaz şərhlərdən uzaq olması üçün olduqca böyük səy göstərdik ki, bu və ya digər düzgün ifadə olunmayan informasiya danışıqlara və tərəflərin istəyinə qətiyyən təsir etməsin. Buna görə, bank mətbuat üçün bu məsələləri şərh etmirdi və biz media tərəfdaşlarımzdan AccessBank üçün həssas olan məqamda anlayışla yanaşmalarını xahiş etdik. Fürsətdən istifadə edərək, bir daha hər bir mətbu orqana təşəkkür edirəm.

Ən sərfəli kredit üçün müraciət et

Mövcud və gələcək səhmdarlar israr edirdilər ki, danışıqlar prosesində konfidensiallıq tam təmin olunsun. Məhz bu baxımdan biz Fitch beynəlxalq reytinq agentliyinə əməkdaşlığın dayandırılması üçün müraciət etdik. Belə ki, hər hansı ciddi təşkilatdan müvafiq reytinqin alınması üçün bank "daxili mətbəxi" tamamilə açmağa borcludur. Bu isə xarici tərəfdaşlarımızla aparılan danşıqlara təsir edə bilərdi. Lakin mən düşünmürəm ki, bank uzun müddət ərzində beynəlxalq qiymətləndirməsiz qalacaq. Xüsusilə nəzərə alsaq ki, bizim səhmdarlar beynəlxalq institutlardır. Reytinqi yenə də Fitch verəcəkmi? Bu, əlavə müzakirə mövzusudur.

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənovun müsahibəsi: https://bit.ly/2zpKpCs