"Nissan" və "Honda" elektrik avtomobillərinin istehsalında əməkdaşlıq etməyi planlaşdırır | Banco.az

"Nissan" və "Honda" elektrik avtomobillərinin istehsalında əməkdaşlıq etməyi planlaşdırır

Müəllif:Mehin Qasımova/Banco.az

Yaponiya konserni Nissan Motor və Honda Motor elektromobillərin inkişafı və istehsalı sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir. 

Banco.az xəbər verir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb .

Qeyd olunur ki, iki şirkət gələcəkdə elektrik mühərrikli avtomobillər üçün ümumi transmissiya və platformaya keçə bilər. Bundan əlavə, tərəflər akkumulyatorların və digər komponentlərin birgə alınması variantlarını nəzərdən keçirirlər.

Belə əməkdaşlığın əsas məqsədi nisbətən ucuz elektromobillər təklif edən Çin brendi BYD-nin Yaponiya bazarına daxil olmasını nəzərə alaraq istehsal xərclərini azaltmaq və rəqabət qabiliyyətini artırmaqdır.

Yapon avtomobil istehsalçıları bu yaxınlarda sıfır emissiyaya nail olmaq üçün texnologiyaların inkişafına böyük diqqət yetirirlər. Belə ki, Yaponiyanın aparıcı avtomobil istehsalçısı Toyota Motor 2030-cu ilə qədər Avropada yalnız elektrik və hibrid mühərrikli avtomobillərin satışını qarşısına məqsəd qoyub. Çin də 2035-ci ilə qədər belə göstəricilərə nail olmaq istəyir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et