Nəzəriyyə özünü nə dərəcədə doğruldur: Əməyin gələcəyinə yeni baxış | Banco.az

Nəzəriyyə özünü nə dərəcədə doğruldur: Əməyin gələcəyinə yeni baxış

Almaniya həmkarlar ittifaqı təşkilatının 2015-ci ildə əmək bayramında şüarı belə bir ifadə idi, “Die Arbeit der Zukunft gestalten Wir” , yəni gələcəyin işini biz formalaşdırırıq.  Əslində ifadədəki “biz” sözü, həmkarlar ittifaqını bildirsə də, onların əsas işi əməklə bağlı olduğundan bu şüarı belə də səsləndirmək düzgün olardı, “gələcəyin işini əmək formalaşdırır”.  

XIX əsrin ortalarında Karl Marks tərəfindən yazılmış Kapital kitabında  əlavə dəyər adı ilə ölkəmizdə tanınan (başqa deyişlə, əmək dəyər nəzəriyyəsi) bir nəzəriyyədən bəhs edir. Nəzəriyyənin təfərrüatlarına gəldikdə isə, əməyin çox olduğu sahələrdə qiymətlərin qalxacağı üçün pulun dəyərinin artdığı, əməyin az olduğu sahələrdə isə qiymətlər azalacağı üçün pulun dəyərinin azalacağından bəhs edilir. Yəni Karl Marksa görə əməkdan asılı olaraq  bu zaman əlavə dəyər yaranır ki, bu da işçinin əməyi nəticəsində yaranan dəyər ilə işçi qüvvəsinin dəyəri arasında fərqə bərabərdir.

Yuxarıdakıları gəlin təhlil edək. Sözün əsl mənasında, Marksın izah etməyə çalışdığı əmək-dəyər nəzəriyyəsi əməyin hazırkı gələcəyini müəyyənləşdirən əsas faktorlardan biri ola bilər. Gəlin bunu bir misalla izah etməyə çalışım. İki  zavod təsvir edək, milyonlarla işçiləri var. İşçilər məhsul ərsəyə gətirmək, zavodun günlük məhsul dövriyyəsini artırmaq üçün gecə-gündüz çalışır. Daha çox əmək sərf etdiklər üçün zavoda qarşı maaş tələbləri də çoxdur, zavodlar işçilərin əməyini nəzərə alaraq onların maaşlarını atrırmalıdır.

Yəni düşünək ki, bir məhsulu hazırlayan ölkədə iki A və B zavodu var. Bu zavodlar bir-biri ilə rəqabətdədir. Hər bir zavodun maliyyə vəziyyəti haqqında balans hesabatında keçən il və bu ilin göstəriciləri təqdim edilmişdir. Bu göstəricilər zavodun istehsal etdiyi məhsullar və əmək haqqı xərcləri ilə bağlıdır.

A zavodu (keçən il)

Aktivlər

Öhdəliklər

İstehsal etdiyi məhsullar – 1 mln

Əmək haqqı xərcləri 360 mln AZN

 

B zavodu (Keçən il)

Aktivlər

Öhdəliklər

İstehsal etdiyi məhsullar – 1 mln

Əmək haqqı xərcləri 36 mln AZN

Fərz edək ki, A zavodu keçən ilə nisbətən bu il  istehsal etdiyi məhsulların miqdarını arıtrmış və bununla bağlı olaraq da əmək haqqı xərclərini də artırıb.

A zavodu (Bu il)

Aktivlər

Öhdəliklər

İstehsal etdiyi məhsullar – 2 mln

Əmək haqqı xərcləri 72 mln AZN

Bazarda A zavodunun məhsulları daha üstünlük təşkil etdiyindən B zavodunun istehsal etdiyi məhsulun satışı azalmış və buna görə də zavodun xalis mənfəəti azalmışdır. Yəni zavod istehsal etdiyi məhsulları sabit saxlasa belə, xalis mənfəət azaldığından işçiyə verilən əmək haqqında azalma olacaqdır. Yəni bazardakı tələb işçinin əməyinin düzgün qiymətləndirilməməsinə gətirib çıxartmışdır.

B zavodu (Bu il)

Aktivlər

Öhdəliklər

İstehsal etdiyi məhsullar – 1 mln

Əmək haqqı xərcləri - 30 mln AZN

Ən sərfəli kredit üçün müraciət et

Deməli əmək dəyər nəzəriyyəsindən aydınlaşdırırıq ki, əməyin gələcəyini müəyyənləşdirən faktorlardan birincisi əməyin gücü, ikincisi isə bazarda bu əməyə olan tələbdir. Bəs sual olunur, tələb əməyin gələcəyində nə kimi rol oynaya bilər?

Əvvəllər Azərbaycan bazarlarında  tozsoranlar daxil olmazdan əvvəl insanlar süpürgə vasitəsi ilə evlərini təmizləyir, bu işə həm daha çox vaxt həm daha çox əmək sərf edirdilər.

Yuxarıdakı qrafikdən də göründüyü kimi, bazara tozsoranlar daxil olduqdan  sonra süpürgələrə olan tələb getdikdcə azalmışdır. Çünki insanlar daha az əmək sərf etdikləri məhsula öz tələbatlarını yönəlmişlər. Burdan belə bir nəticə çıxarmaq olar ki, insanların əməyinin artıb-azalması ilə onların tələbləri ilə tərs mütənasib bir asıllıq var. Yəni əmək artanda tələb azalır, əmək azalanda isə tələb artır.  Yəni əmək hazırki gələcəyi insanların tələbatlarından (tələblərindən) bir başa asılıdır.

Əslində süpürgə-tozsoran misalı bizə bir amili də aydınlaşdırmağa imkan verir.

Texnoloji amil.

Son illər robotların yaradılması, insan əməyinə olan ehtiyacı getdikcə azaldır.

İngiltərənin məşhur yayım quruluşu olan, BBC-nin xəbərlərinə görə Oksford universitetində edilmiş bir araşdırma nəticəsində məlum olub ki, ingiltərədəki işçilərin 35%-i 15 il içində robotlaşdırılacaq.  Eyni zamanda, Çində Dongguan əyalətindəki 505 zavod robotlara 4,2 yuan sərmayə yatırıb, deyilənə görə 30 min işçisini robotlarla əvəzz etmək haqqında fikirləri var.

UBER idarə heyətinin sədri Travis Kalanick deyir ki, “əgər UBER taksilərin içərisində sürücülər olmasa idi taksi daha ucuza başa gələcəkdi”.

Yəni  yuxarıdakılar bunu göstərir ki, dünya şirkətləri insan əməyi yerinə mexanikləşdirilmiş robot əməyindən istifadə etmək haqqında  planları mövcuddur. Bunu da təbii ki müəyyən səbəbləri var.

  1. Maaşları ləğv etmək
  2. İstehsal prosesini sürətləndirmək
  3. Az xərclə maksimum mənfəətə yönəlmək

World Robotics Reporta görə 2019-cu ilə qədər dünyada tətbiq edilən sənayə robotlarının sayı 2.6 milyona çatması planlaşdırılır.

Əslində robotların istehsala tətbiqi insan əməyini  yüngülləşdirsə belə,  ölkələrdəki məşğulluğa da təsir edəcəkdir. Lakin World Robotics Report 2017-ci il hesabatında qeyd edir ki, robotların mövcud olduğu ərazilərdə məşğulluq azalmaq əvəzinə robotların sayına paralel olaraq artmışdır. Bu da onu göstərir ki, nə qədər cəmiyyət texnologiya dövrünə keçid etsə belə insan əməyindən istifadə ölkənin inkişafı, Ümumi daxili məhsulun artması, işsizliyin azalması, adam başına düşən milli gəlirin artırılması üçün vacib faktordur.

Son olaraq bunu qeyd etmək olar ki, dünyada robotlardan istifadə genişlənsə belə, ölkəmizdə hələki bu tendensiya müşahidə edilmir.  2016-cı il üzrə statistik göstəricilərə əsasən 9 milyon 758 minə yaxın əhalisi olan ölkəmizdə əmək bazarında məşğul olanların sayı 4 milyonu keçir.  Bunun isə 2 milyon 466 mini kişilərin, 2 milyon 294 mini qadınların payına düşür.

Nəticə olaraq bunu qeyd etmək doğru olardı ki, təbiətdə istifadə olunan canlı əməyi davamlı inkişaf üçün əsas nüansdır. Əməyin gələcəyi, hər nə qədər bir-neçə amillərdən asılı olsa da ümumi götürsək ölkəmiz üçün yaxın müddət ərzində təhlükəli vəziyyət müşahidə olunmur. Atalarımız yaxşı deyib, əməksiz yemək olmaz. Əgər qloballaşan dünya ac qalmaq istəmirsə, insan əməyindən istifadə etməli, cəmiyyətdə onun məhdudlaşdırılması üçün tədbirlər görməməlidir. Elə həmçinin ölkəmizdə də, insanlarıln işini yüngülləşdirən, lakin onların əməyini məhdudlaşdırmayan vasitələrin tətbiqi geniş yayılmalıdır. İnsan əmək çəkdikcə ucalır, məhz ona görə də cəmiyyətin rifahı üçün insanların yüksək təzyiq altında işləməsinə icazə verilməməli və çəkilən əmək doğru və düzgün qiymətləndirilməlidir.

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et