Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya Bankı növbəti illər üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatında qeyd edilib.
Bankın proqnozuna görə, iqtisadi artım 2025-ci ildə 1,9%, 2026-cı ildə 1,8%, 2027-ci ildə isə 1,7% olacaq.
Dünya Bankı iyun proqnozu ilə müqayisədə 2025-ci il proqnozunu 0,7%, 2026-cı il proqnozunu 0,6%, 2027-ci il proqnozunu isə 0,6% azaldıb.
Bizi sosial şəbəkələrdən izləyin!!