Ethereum-un qiyməti kəskin ucuzlaşıb | Banco.az

Ethereum-un qiyməti kəskin ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Ethereum-un qiyməti kəskin  ucuzlaşıb.

Banco.az xəbər verir ki, Binance məlumatlarına görə, ikinci ən böyük kriptovalyuta olan Ethereum-un qiyməti 4%-dən çox azalıb.

Kriptovalyuta daha da ucuzlaşaraq 4478 dollara (-4,18%) çatdı. Bitkoinin qiyməti 2,18% azalaraq 121 885 dollar olub.

Ethereum-un hazırkı bütün zamanların ən yüksək səviyyəsi 24 avqust 2025-ci ildə kriptovalyutanın dəyərinin 4 956,78 dollara yüksəldiyi zaman əldə edilib.

Coinmarketcap-in məlumatına görə, 8 oktyabr tarixinə kriptovalyuta bazarının ümumi kapitallaşması 4,17 trilyon dollar təşkil edib. Bitkoin 2,432 trilyon dollar (58,2%), "Ethereum" isə 541,626 milyard dollar (12,9%) təşkil edir.