Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında 2025-ci il Nobel Fizika Mükafatının qalibləri açıqlanıb.
Banco.az xəbər verir ki, açıqlamaya əsasən, ABŞ-ın Kaliforniya ştatında çalışan britaniyalı Con Klark, fransız Mişel Devore və amerikalı Con Martiniz “elektrik dövrəsində makroskopik kvant mexaniki tunelləşmə və enerji kəmiyyətləşməsinin kəşfi” ilə bağlı araşdırmalarına görə bu mükafata layiq görülüblər.
2024-cü il Nobel Fizika Mükafatı isə “süni sinir şəbəkələri və maşın öyrənməsini mümkün edən tədqiqatlarına görə” amerikalı Con Hopfild və əsli britaniyalı, Kanada vətəndaşı Cefri Hintona verilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!