Son günlərdə ən çox eşitdiyimiz terminlərdən biri deflyasiyadır. Banco.az bu termini sizə daha aydın şəkildə izah etməyə çalışacaq. Deflyasiya nədir, onu yaradan səbəblər hansılardır və nəyə görə deflyasiya yaxşı hesab olunmur suallarına cavab tapmağa çalışacağıq.
Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması deməkdir.
Deflyasia əks istiqamətdə inflayasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan daha ağır faktor hesab edilir.
Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. İxracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir.
Deflyasiyanın səbəbləri
- Pulların dəyərinin artması. Adətən pul əmtəəsinin və iqtisadiyyatda natural pullarının istehsal dəyərinin artması ilə bağlı olur (məsələn, qızıl standartı mövcud olduqda, qızıl hasilatına əmək tutumunun artması)
- Natural pulların qiymətinin dəyişməsi halda, əmək məhsuldarlığının artması nəticəsində, bir çox məhsulların qiymətinin aşağı düşməsi,
- Ticarət dövriyyəsini təmin etmək üçün ölkədə pul miqdarının kifayət qədər olmaması – zəif monetarizasiya, pulların dəyərinin süni artırılmasına analoq hesab olunur. Bu amil indi kifayət qədər tez-tez rastlanılır, xüsusən də qızıl standartlarından imtina etdikdən sonra. Bu növ deflyasiyaya rəvac verən faktorlar:
- Mərkəzi Bank tərəfindən inflyasiyanı azaltmaq niyyəti ilə dövriyyədə olan pul kütləsinin azaldılması. Belə bir azalmanın səbəbi isə MB tərəfindən uçot faizinin yüksəldilməsi, bankların ehtiyatlarına olan tələblərin yüksəldilməsi, vergilərin artırılması, əməkhaqqı artımlarının qarşısının alınması və ya dondurulması, dövlət büdcəsi xərclərinin azaldılması, kredit məhdudiyyətləri və sərtləşməsi (Mərkəzi Bank tərəfindən verilən kreditlərin həcminə məhsusiyyət tətbiqi), dövlət qiymətli kağızlarının satışının artırılması və s. ola bilər.
- Dövriyyə sürətinin obyektiv səbəblərdən dolayı aşağı düşməsi, məsələn dövriyyə prosessorunun özü ilə əlaqədar səbəblərə görə (daşınma çətinliyi, əsas marşurtların dəyişməsi). Nəzərə almaq lazımdır ki, natural pulların dövriyyə sürətinin aşağı düməsi iqtisadiyyatda vəsait qıtlığı səbəbindən də ola bilər. Bu halda sürətin enməsi qiymət dəyişikliyinin səbəbi deyil, nəticəsi kimi ortaya çıxır.
- Pulların daha da artacağına güman edən əhalinin öz pullarını xərcləməkdən imtina etməsi, xüsusən də likvidlik tələsi adlanan hallar olduqda və pulların əhali tərəfindən hansısa yığım niyyəti ilə saxlanması. Bu zaman pullar bilavasitə əhalidə olur, yəni heç bir hesaba və ya biznesə yatırılmış olmur.
Fəaliyyət prinsipi
Müasir şərtlər çərçivəsində deflyasiya iqtisadi enişdən, məhsul istehsalının aşağı düşməsi və işsizliyin artımından xəbər verir. Qiymətlərin aşağı düşməsinə görə iqtisadi agantlər investisiyaların həcmini azalda bilər ki, bir neçə müddət sonra (bir neçə ildən sonra) həmin vəsaitləri daha sərfəli şəkildə yerləşdirsin (qiymətlərin enməsi nəticəsində resursları daha ucuz alsın). Bu isə davamlı şəkildə tələbin aşağı düşməsinə aparır və qiymətlərin enişinin və istehsal həcminin azalmasını daha da çox stimullaşdırır.
Tənzimlənmə
- Dövlət xərclərinin ixtisarı
- Uçot faizinin yüksəldilməsi
- Vergi təzyiqinin gücləndirilməsi
- Pul kütləsinin azalması
Bütün bunların “bahalı pullar” siyasətinin nəticəsi kimi ortaya çıxır.
“Bahalı” pul siyasəti (uçot dərəcəsi yüksəldilir) Mərkəzi Bank tərəfindən inflyasiyanı azaltmaq lazım olduğu təqdirdə həyata keçirilir. Uçot dərəcəsinin yüksəldilməsi kommersiya banklarının kredit əldə etmək istəyini azaldır, bununla da ölkədəki pul təklifini azaldır. Bundan əlavə yüksək uçot dərəcəsinin təsiri altında kommersiya bankları müxtəlif korporativ və fərdi müştərilərə təklif etdiyi kreditlərin faiz dərəcələrini də yüksəldirlər. Bunun nəticəsində isə ucuz kredit əldə etmək imkanından məhrum olan bir sıra kompaniyalar istehsalı azaldırlar. “Bahalı” pullar siyasəti həyata keçirməklə hökumət istehsalın aşağı düşməsi və işsizliyin artımı sayəsində inflyasiya templərinin aşağı düşməsinə nail olur.
Ölkəmizdə hadisələrin son gedişi Mərkəzi Bankın məzənnə siyasətinin dəyişdiyini əks etdirir. Yəni deflyasiyanın qarşısını almaq və inflyasiyaya səbəb olmaq üçün ölkədə olan pul kütləsinin artırılacağı gözlənilir. Daha ətraflı növbəti yazılarımızda.
Uçot - yenidən maliyyələşdirmə dərəcəsi nədir?
Könül Soltanova, Banco.az