Yenidən maliyyələşmə – Mərkəzi Bank tərəfindən digər kommersiya banklarının kreditlə təmin edilməsidir. Mərkəzi Banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində adi vətəndaşlara (fiziki şəxslərə) və müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırırlar.
Yenidən maliyyələşdirmə dərəcəsinin bizim ölkədəki rəsmi adı “uçot dərəcəsidir”. Yəni Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir. Hazırda həmin rəqəm 4,25%-dir.
Uçot dərəcəsi –Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir.
Baxmayaraq ki, kommersiya bankları ölkənin başlıca kreditorlarıdır və onlar biznes kompaniyalarına və fərdi şəxslərə müəyyən şərtlərlə borc verməklə məşğuldur, eyni zamanda onlar kredit üçün mərkəzi banka müraciət etdikdə həm də borcalan-banklara çevrilirlər.
Bazar iqtisadiyyatının hökm sürdüyü ölkələrinin əksəriyyətinin qanunvericiliyinə əsasən, mərkəzi bankın inzibatı qaydada bu uçot dərəcəsini dəyişmək hüququ vardır. İqtisadi konyunkturada baş verən dəyişikliklərə reaksiya olaraq, mərkəzi bank uçot dərəcəsini həm azalda, həm də artıra müvafiq olaraq, pul təklifini də artırıb, azalda bilər.
- Uçot dərəcəsini aşağı saldıqda kommersiya bankları tərəfindən mərkəzi bankın pullarına olan tələbi artır, kommersiya bankları daha çox pul götürməyə çalışır ki, bunun sayəsində də onların maliyyə imkanları böyüyür.
- Uçot dərəcəsi qalxdıqda isə kommersiya banlarda əks reaksiya müşahidə olunur: mərkəzi bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır.
Bazar iqtisadiyyatı praktikasında və nəzəriyyəsində mərkəzi bank tərəfindən uçot dərəcəsinin dəyişdirilməsi, uçot dərəcəsinin artırılması və azaldılması “bahalı” və “ucuz” pul siyasəti adlanır.
- “Bahalı” pul siyasəti (uçot dərəcəsi yüksəldilir) mərkəzi bank tərəfindən inflyasiyanı azaltmaq lazım olduğu təqdirdə həyata keçirilir. Uçot dərəcəsinin yüksəldilməsi kommersiya banklarının kredit əldə etmək istəyini azaldır, bununla da ölkədəki pul təklifini azaldır. Bundan əlavə yüksək uçot dərəcəsinin təsiri altında kommersiya bankları müxtəlif korporativ və fərdi müştərilərə təklif etdiyi kreditlərin faiz dərəcələrini də yüksəldirlər. Bunun nəticəsində isə ucuz kredit əldə etmək imkanından məhrum olan bir sıra kompaniyalar istehsalı azaldırlar. “Bahalı” pullar siyasəti həyata keçirməklə hökumət istehsalın aşağı düşməsi və işsizliyin artımı sayəsində inflyasiya templərinin aşağı düşməsinə nail olur.
- “Ucuz” pullar siyasəti (uçot dərəcəsi salınır) hökumət tərəfindən o təqdirdə keçirilir ki, istehsalın düşməsinin qarşısını almaq və müəssislərə dəstək olmaq tələb olunur, xüsusən də strukturlu yenidən qurma mərhələləri zamanı. Bunun nəticəsində isə iqtisadiyyatın pulla “doldurulması” baş verir ki, bu da inflyasiya ilə nəticələnə bilər. Buna görə də “ucuz” pullar siyasətini həm də “inflyasiya kreditləşmə siyasəti” də adlandırırlar.
Beləliklə, uçot dərəcəsinin tənzimlənməsi normasının iqtisadi nəticəsi ikili təsirə malikdir. Uçot dərəcəsinin artırılması inflyasiya ilə mübarizədə ən güclü tədbirlərdən biridir, amma eyni zamanda o, istehsalatın aşağı düşməsinə, işsizliyin və cəmiyyətdə sosial gərginliyin artmasına səbəb olur. Uçot dərəcəsinin aşağı salınması böhrandan qurtulmağa kömək edir, amma eyni zamanda inflyasiyanın artımı ilə nəticələnir. Hər bir konkret halda ölkə rəhbərliyi, bu və ya digər iqtisadi proqramı həyata keçirməklə, qarşıya qoyulmuş iqtisadi hədəflərə nail olmaq naminə“nəyi qurban etmək istədiyinə” özü qərar verir. Bir qayda olaraq bu “qurban” istehsalat və məşğulluq olur. Əksər hallarda “bahalı pullar” siyasəti həyata keçirilir.
Məsələn, ABŞ-da mərkəzi bank funksiyalarını həyata keçirin Federal Ehtiyatlar Sistemi anti-inflyasiya tədbiri olaraq, 1994-cü ildə uçot dərəcələrini 6 dəfə yüksəltmişdi.
Bununla yanaşı sizə maraqlı ola biləcək, bəzi ölkələrdəki faiz dərəcələrini diqqətinizə təqdim edirik.
Könül Soltanova/ Banco.az
Göstərəcinin adı |
Ölkə/region |
Cari dərəcə |
Öncəki dərəcə |
Dəyişilib |
Birləşmiş Ştatlar |
0.250 % |
1.000 % |
12-16-2008 |
|
Avstraliya |
2.500 % |
2.750 % |
08-06-2013 |
|
Çili |
4.250 % |
4.500 % |
02-18-2014 |
|
Cənubi Koreya |
2.500 % |
2.750 % |
05-09-2013 |
|
Braziliya |
10.750 % |
10.500 % |
02-26-2014 |
|
Böyük Britaniya |
0.500 % |
1.000 % |
03-05-2009 |
|
Kanada |
1.000 % |
0.750 % |
09-08-2010 |
|
Çin |
6.000 % |
6.310 % |
07-06-2012 |
|
Çexiya |
0.050 % |
0.250 % |
11-01-2012 |
|
Danimarka |
0.200 % |
0.300 % |
05-02-2013 |
|
Avropa |
0.250 % |
0.500 % |
11-07-2013 |
|
Macarıstan |
2.700 % |
2.850 % |
02-19-2014 |
|
Hindistan |
8.000 % |
7.750 % |
01-28-2014 |
|
İndoneziya |
7.500 % |
7.250 % |
11-12-2013 |
|
İsrail |
0.750 % |
1.000 % |
02-24-2014 |
|
Yaponiya |
0.100 % |
0.100 % |
10-05-2010 |
|
Meksika |
3.500 % |
3.750 % |
10-25-2013 |
|
Yeni Zelandiya |
2.500 % |
3.000 % |
03-10-2011 |
|
Norveç |
1.500 % |
1.750 % |
03-14-2012 |
|
Polşa |
2.500 % |
2.750 % |
07-03-2013 |
|
Rusiya |
7.000 % |
5.500 % |
03-03-2014 |
|
Səudiyyə Ərəbistani |
2.000 % |
2.500 % |
01-19-2009 |
|
Cənubi Afrika |
5.500 % |
5.000 % |
01-29-2014 |
|
İsveç |
0.750 % |
1.000 % |
12-17-2013 |
|
İsveçrə |
0.250 % |
0.500 % |
03-12-2009 |
|
Türkiyə |
10.000 % |
4.500 % |
01-29-2014 |