Monetar yumşaltma nədir? | Banco.az

Monetar yumşaltma nədir?

Monetar yumşaltma nədir ?

Monetar yumşaltma müxtəlif mənbələrdə fərqli şəkildə rast gəlinir, amma onu daha  çox kəmiyyət yumşaldılması kimi  ifadə edirlər.

Kəmiyyət yumşaldılması – maliyyə-kredit siyasətinin bir aləti olmaqla, qeyri-ənənəvi monetar siyasətdir, adətən Mərkəzi Banklar tərəfindən müəyyən krizis şəraitində milli iqtisadiyyatın stimullaşdırılması məqsədi ilə həyata keçirilir, bu siyasətə o zaman əl atılır ki, ənənəvi maliyyə siyasəti müəyyən faktorlar səbəbindən ya qeyri effektiv olur, ya da kifayət qədər effektiv olmur.

Kəmiyyət yumşaldılması – müxtəlif ölkələrdə maliyyə kredit aləti olub, dövlət tərəfindən milli iqtisadiyyata pul kütləsinin axıdılmasını nəzərdə tutur ki, inşaların əllərində pul artsın.  Müəssisələrdə və əhalinin əlində olan pul kütləsinin artımı istehlakın və istehsalın artımına gətirib çıxartmalıdır. Bunun nəticəsi olaraq, isə ölkədə iqtisadi situasiya stabilləşməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Kəmiyyət yumşaldılması -  maliyyəçilərin, iqtisadçıların, siyasi xadimlərin və jurnalistlərin də söz bazasına daxil olan yeni bir termindir. Adi dilə çevirdikdə “kəmiyyət yumşaldılması”nın əsas mənası “pul çap edən maşının tam gücü ilə işə salınması” deməkdir, bu xüsusən dollar ilə bağlı işlədilir, dolların qarşısı alınmaz emissiyasını nəzərdə tutur.

Bu metod hökumətlər tərəfindən o zaman istifadə olunur ki, ölkədəki uçot dərəcəsi çox aşağı olur və milli valyutanın kursunun aşağı salınması, o cümlədən pul kütləsinin artması üçün uçot dərəcəsi ilə əməliyyat aparmaq imkanı olmur.

Kəmiyyət yumşaldılması proqramın mənfi təsiri isə ölkənin iqtisadiyyatının bərpa olunması prosesi zamanı çox güclü inflyasiyanın yaşanması ehtimalıdır.

Onu da qeyd edək ki, kəmiyyət yumşaldılması proqramları QE (Quantitative easing) məxsusi olaraq.  ABŞ üçün hazırlanıb.