Müəllif: Tamara Mustafayeva, Banco.az
“HSBC” daha aşağı real faiz dərəcələri və real məzənnədə dəyər artımının baş verməməsini əsas gətirərək, ilin sonuna dair dollar/manat proqnozunu yuxarı istiqamətdə yeniləyib.
Banco.az xəbər verir ki, bankın strateqlərindən Murad Toprak qeydində ilin sonu gözləntilərinin 42 səviyyəsindən 44 səviyyəsinə qaldırıldığını bildirib.
Toprak Türkiyə Respublikası Mərkəzi Bankının məzənnə siyasətinin lirəni sabit saxladığını, lakin real Türk lirəsinin möhkəmlənməsinə istiqamətlənmiş gizli hədəfin “ötən ilə nisbətən daha yumşaq göründüyünü” ifadə edib.
8 sentyabr tarixli qeyddə siyasi inkişafların Türk lirəsi üçün risk olaraq qalmağa davam etdiyi vurğulanıb. Bununla yanaşı, makro-maliyyə dinamiklərinin ilin sonuna qədər lirənin nisbətən yavaş nominal dəyər itirməsini dəstəkləyəcəyi gözləntisi də ifadə olunub.
Faiz endirimi dövrünün başlanmasından bəri mənzərənin daha qeyri-müəyyən hala gəldiyini deyən Toprak, “Gəlirlərin sıxılması və Türk lirəsi əmanətlərinə ödənilən faiz dərəcələrinin azalması, xüsusilə uzun müddət yüksək nominal və real faizlərdən sonra müəyyən risklər daşıya bilər” dəyərləndirməsini edib.
Bizi sosial şəbəkələrdən izləyin!!