"Netflix" platforması "La Casa de Papel" aludəçiləri üçün qeyri-adi addım atdı | Banco.az

"Netflix" platforması "La Casa de Papel" aludəçiləri üçün qeyri-adi addım atdı

Tamara mustafayeva, Banco.az

"Netflix" platformasının olduqca bəyənilən layihələrindən biri olan İspan istehsalı "La Casa de Papel" serialının hər bir mövsümü yayımlandığı əsnada böyük səs-səda gətirir. Serialın yayımlanmasından dərhal sonra bəzi istifadəçilər tez bir zamanda bütün seriyaları izləyib sosial media hesablarında bu barədə video və fotoşəkillər yerləşdirməklə "spoiler" vermiş olurlar.

"Netflix" şirkəti də bundan məmnun olmadığı üçün fərqli üsula əl ataraq vəziyyəti lehinə çevirməyə nail olub. Belə ki, serial yayımlanandan dərhal sonra sürətlə izləyib bitirən və sosial şəbəkələrdə ən çox "spoiler" verən istifadəçilər müəyyən edilərək serialın sonuncu mövsümünün xüsusi premyerasına dəvət qazanacaqlar. 

Madrid şəhərindən yola düşəcək təyyarədə baş tutması planlaşdırılan bu xüsusi premyera sadəcə sözügedən istifadəçilər üçün nəzərdə tutulub. Bununla da, həmin istifadəçilər təyyarədə mobil telefonlardan istifadə edə bilməyəcəkləri üçün 5 saat ərzində "spoiler" verə bilməyəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et