Netflix-ə abunə sayındakı artım yavaşlayıb | Banco.az

Netflix-ə abunə sayındakı artım yavaşlayıb

Qlobal internet televiziya şəbəkəsi Netflix-in yeni abunəçilərinin sayındakı artım, bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 67,5% azalaraq 2,2 milyon oub.

Netflix, bu ilin üçüncü rübünə dair balansını açıqlayıb. 

Marja xəbər verir ki, şirkətin bu ilin üçüncü rübündəki gəliri, keçən ilin eyni dövrü ilə müqayisədə 22,7% artımla 6,44 milyard dollara yüksəlib. Şirkətin gəliri keçən ilin iyul-sentyabr dövründə 5,2 milyard dollar olmuşdu.

Netflix-in xalis mənfəəti də bu ilin üçüncü rübündə, keçən ilin eyni dövrü ilə müqayisədə 18,8% artımla 790 milyon dollara qalxıb. Şirkətin xalis mənfəəti keçən ilin üçüncü rübündə 665 milyon dollar olaraq reallaşmışdı.

Şirkətin keçən ilin üçüncü rübündə1,47 dollar olan səhm başına mənfəəti bu ilin eyni dövründə 1,74 dollar təşkil edib.

Netflix-in yeni abunəçilərinin sayındakı artım isə bu ilin üçüncü rübündə yavaşlama göstərib. Televiziya şəbəkəsinin yeni abunəçilərinin sayı, bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 67,5% azalaraq 2,2 milyon olub. Netflix, keçən ilin iyul-sentyabr dövründə təxminən 6,8 milyon yeni abunəçi qazanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Netflix-in bu ilin ilk rübündə 15,8 milyon və ikinci rübündə isə 10,1 milyon yeni abunəsi olmuşdu.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et