Neftin qiymətlərinin ucuzlaşmasından kim qazanacaq? | Banco.az

Neftin qiymətlərinin ucuzlaşmasından kim qazanacaq?

Beynəlxalq Valyuta Fondunun (BVF) iqtisadi inkişafın perspektivləri haqqında yeni məruzəsində deyilir ki, dünya iqtisadiyyatı neftin qiymətlərinin ucuzlaşmasından bütövlükdə qazanacaq. Bununla belə, bu qazanc bir sıra mənfi amillərin, o cümlədən investisiya fəallığının zəifləməsinin təsiri nəticəsində faktiki heçə enəcək.

BVF-nin məruzəsində deyilir ki, 2015-2016-cı illərdə dünyada 3,5 və 3,7 faiz səviyyəsində artım proqnozlaşdırılır ki, bu da məruzənin oktyabr buraxılışında olduğundan 0,3 faiz aşağıdır. Proqnozun yenidən nəzərdən keçirilməsi Çin, Rusiya, avro zonası və Yaponiya iqtisadiyyatlarının perspektivlərinin yenidən qiymətləndirilməsi, habelə neftin qiymətlərinin kəskin ucuzlaşması nəticəsində neft ixracatçısı olan digər ölkələrin fəallığının zəifləməsi ilə bağlıdır.

Ekspertlər vurğulayırlar ki, ABŞ-da iqtisadi artım “gözləntiləri qabaqlamaq nəticəsində bərpa olunub”, işsizlik azalmaqda davam edib, inflyasiya isə daha yüngül olub. Buna o cümlədən dolların məzənnəsinin artması və neftin qiymətlərinin ucuzlaşması təsir göstərib. Gözlənildiyinə görə, ABŞ-da iqtisadi artım 2015-2016-cı illərdəki 3 faizlik həddi aşacaq.

2015-ci ildə avrozonada ilkin iqtisadi artımın 1,2 faiz, 2016-cı ildə 1,4 faiz səviyyəsində olacağı gözlənilir.

Bu il bazarı formalaşmaqda və inkişaf etməkdə olan ölkələrdə artım bütövlükdə sabit 4,3 faiz səviyyəsində qalacaq, 2016-cı ildə artaraq 4,7 faizə çatacaq.

2015-ci ildə Rusiyada iqtisadi inkişaf sürəti 3 faiz, 2016-cı ildə 1 faiz azalacaq. Ekspertlər bu proqnozu neftin qiymətlərinin kəskin ucuzlaşması və geosiyasi gərginliyin artması ilə əlaqələndirirlər.

Çinin iqtisadi artımında müəyyən zəifləmə proqnozlaşdırılır. Bu cür vəziyyət bütövlükdə Asiya ölkələrinin iqtisadi durumuna təsir göstərəcək.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et