Müəllif: Tamara Mustafayeva, Banco.az
2025-ci il Kimya üzrə Nobel Mükafatı “metal–üzvi çərçivələrin inkişaf etdirilməsi” sahəsindəki tədqiqatlarına görə yaponiyalı Susumu Kitagava, avstraliyalı Riçard Robson və amerikalı Omar M. Yaghiyə təqdim olunub.
Banco.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında mükafatın qalibləri elan edilib.
Açıqlamaya əsasən, laureatlar molekulyar səviyyədə yeni bir struktur – metal–üzvi çərçivələrin (MOF-lar) yaradıblar. Bu strukturların əsas xüsusiyyəti molekulların daxil olub çıxa bildiyi geniş boşluqlara malik olmasıdır.
Tədqiqatçılar bu materiallardan səhralıq havasından su toplamaq, suda olan çirkləndiriciləri təmizləmək, karbon qazını tutmaq və hidrogen saxlamaq üçün istifadə ediblər.
Xatırladaq ki, 2024-cü il Kimya üzrə Nobel Mükafatı “hesablama yolu ilə protein dizaynı” sahəsindəki işlərinə görə David Bakerə və “protein quruluşunun proqnozlaşdırılması” istiqamətindəki tədqiqatlarına görə Demis Hassabis və Con Camperə verilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!