Tarixin ilk milyarder futbolçusu Ronaldo oldu | Banco.az

Tarixin ilk milyarder futbolçusu Ronaldo oldu

Müəllif:Mehin Qasımova,Banco.az

Futbolçu karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirən Kriştianu Ronaldo yeni rekorda imza atıb.

Banco.az xəbər verir ki, idman tarixinin ən çox qazanan futbolçularından biri olan Ronaldo tarixdə ilk milyarder olub. 

Haysız-hesabsız futbol rekordları qıran  Ronaldo indi maliyyə tarixinə düşüb. Bloomberg Milyarderlər İndeksinə görə, Ronaldonun ümumi sərvəti 1,4 milyard dollara çatıb.

Beləliklə, 40 yaşlı portuqaliyalı ulduz indeksə daxil olan ilk futbolçu və tarixdə ilk “milyarder futbolçu” oldu.

2002-2023-cü illərdə 550 milyon dollar maaş alan Ronaldo sponsorluq müqavilələri ilə də sərvətini qat-qat artırıb. Onun "Nike" ilə illik 18 milyon dollarlıq uzunmüddətli müqaviləsi var və "Armani" və "Castrol" kimi brendlərdən 175 milyon dollar qazanıb.

Lakin əsl dönüş nöqtəsi onun 2023-cü ildə Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandasına transferi ilə baş verdi. Onun illik 400 milyon dollar dəyərində müqaviləsi, vergisiz gəliri, şəxsi təyyarədən istifadəsi və klubda 15 faizlik pay kimi imtiyazları Ronaldonu idman tarixinin ən çox qazanan futbolçusu etdi.

Ronaldonun maliyyə portfelini keçmiş isveçrəli bankir Migel Markes idarə edir.