İngiltərə Hindistana indiyə qədər keçirilən ən böyük ticarət missiyasına başlayıb | Banco.az

İngiltərə Hindistana indiyə qədər keçirilən ən böyük ticarət missiyasına başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyanın Baş naziri Keir Starmer öz ölkəsindən Hindistana indiyə qədər həyata keçirilən ən böyük ticarət missiyasına rəhbərlik edir.

Banco.az xəbər verir ki, Böyük Britaniya Baş Nazirliyinin ofisindən verilən açıqlamaya görə, iki ölkə arasında iyul ayında imzalanmış ticarət sazişindən sonra iqtisadi əlaqələri gücləndirmək və investisiyaları artırmaq məqsədilə təşkil olunan iki günlük ticarət səfəri çərçivəsində Baş nazir Starmeri 125 iş dünyası nümayəndəsi ilə yanaşı universitet və mədəniyyət qurumlarının təmsilçiləri də müşayiət edir.

Rolls-Royce, British Telecom, Diageo, bp, HSBC, London Fond Birjası və British Airways kimi böyük şirkətlərlə yanaşı, kiçik və orta sahibkarlıq müəssisələrinin nümayəndələri də Starmerin heyətində yer alır.

Qeyd olunan nümayəndə heyəti bu günə qədər Böyük Britaniyadan Hindistana təşkil olunmuş “ən böyük hökumət ticarət missiyası” hesab olunur.

Açıqlamada səfərlə bağlı fikirlərinə yer verilən Starmer, iki ölkə arasında iyul ayında imzalanan razılaşmanın əhəmiyyətinə diqqət çəkərək bildirib:
“Bu razılaşma indiyədək hər hansı bir ölkənin əldə etdiyi ən yaxşısıdır, lakin hekayə bununla bitmir. Hindistan 2028-ci ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı olmağa hazırlaşır. Hindistanla ticarətimiz daha sürətli və daha ucuz olmağa doğru irəliləyərkən, əldə ediləcək misilsiz imkanlar var.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram