Kredit kartları ilə əməliyyatların həcmi 1 mlrd. manatdan çox artıb | Banco.az

Kredit kartları ilə əməliyyatların həcmi 1 mlrd. manatdan çox artıb

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi milyard 488 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.5% və ya 1 milyard 13 milyon manat artıb.

    Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların milyard 785 milyon manatı elektron ticarət, 1 milyard 449 milyon manatı POS-terminallar, 1 milyard 16 milyon manatı bankomatlar, 238 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

    Xatırladaq ki, 2025-ci il sentyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 113 min təşkil edib.

    apa