Neftin maya dəyərinin ucuz olduğu ölkələr: qiymətlər coğrafiyası | Banco.az

Neftin maya dəyərinin ucuz olduğu ölkələr: qiymətlər coğrafiyası

Beynəlxalq Enerji Agentliyinin (İEA) məlumatlarına əsaslanan hesablamalara əsasən, Səudiyyə Ərəbistanı neft hasilatı üçün ən əlverişli şəraitdə yerləşir, neft yataqları yetərincə keyfiyyətlidir və kəşfiyyat işləri çoxdan aparılıb. Krallığın maliyyə durumu ən qabaqcıl hasilat texnologiyalarından istifadə etməyə imkan verir.

Ona görə də Səudiyyə Ərəbistanında yataqlarda neft hasilatının maya dəyəri 1 barrelə görə 5-8 dollar arasında dəyişir, bu zaman production cost (istehsal dəyəri) 1 barrelə görə 3 dolları üstələmir.

Region üzrə Səudiyyənin qonşuları İran və İraqda da neftin hasilatının maya dəyəri 10 dollardan aşağıdır. İstehsal dəyəri (production cost) isə hətta daha aşağı, bir barrelə görə 2 dollardır. Amma sanksiyalar və hərbi konfliktlər səbəbindən onların yeni kəşfiyyatlara və texnologiyalara investisiya etmək imkanı məhduddur. Ona görə bu ölkələrin öz nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanı yoxdur.

Rusiyada maya dəyərinin diapazonu 10-15 dollar arasında dəyişir və istehsal dəyəri 3 dollar olmaqla Yaxın Şərqdən olan OPEK ölkələrindən sonrakı ən yaxşı nəticədir – rusiyalı mütəxəssis Aleksandr Losev “UK Sputnik: Kapitalın idarəedilməsi” şirkətinin baş direktoru qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

“Bizim OPEK-ə daxil olmayan əsas rəqiblərimiz ABŞ, Kanada və Norveçdə neft hasilatı üzrə maya dəyəri 20-25 dollar cıvarındadır. Ona görə də onlar neftin bazar dəyərinin enməsinə daha həssasdırlar, nəinki Səudiyyə Ərəbistanı, İran, iraq və Rusiya. Digər neft nəhəglərində isə maya dəyəri 25 dollardan yüksəkdir, Məsələn Böyük Britaniyada hasilat üzrə maya dəyəri 44 dollara yaxındır, istehsal dəyəri isə 17,4 dollardır, yəni Rusiyada olduğundan 5,7 dəfə daha baha” – Losev qeyd edib.

Qeyd edək ki, Azərbaycanlı ekspertlər yerli neft hasilatının bir barrelinin SOCAR-a 10-12, bəzən 18 dollara başa gəldiyini qeyd edir.

Losev qeyd edib ki, 2015-2017-ci illərdə dünya neft sektoru aşağı neft qiymətləri səbəbindən 750 milyard dollar investisiya itirib, buna görə də maya dəyəri yüksələcək: neft yataqları tükənməkdədir və gələcək onilliklərdə yeni yataqların kəşfi, qazma işləri, neft avadanlıqlarının alınması və onlara qulluq edilməsi üçün yüzlərlə milyard investisiya lazım olacaq. Maya dəyəri bir barrelə görə 2-5 dollar artaraq, beş il əvvəlki rəqəmlərə qayıda bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et