"Neftdə aşağı qiymətlər müvəqqətidir, 2020-nin 2-ci yarısında yüksələcək" | Banco.az

"Neftdə aşağı qiymətlər müvəqqətidir, 2020-nin 2-ci yarısında yüksələcək"

Əlcəzairin Energetika naziri və Neft İxrac edən Ölkələr Təşkilatnın (OPEC) Sədri Məhəmməd Arkab, 2020-ci ilin ikinci yarısında neft bazarında toparlanmanın başlayacağını söyləyib.

Arkab, "Neft istehsalındakı azalma və müxtəlif ölkələrdə yeni növ koronavirus (Kovid-19) səbəbilə bağlanmış iş yerlərinin açılması ilə 2020-ci ilin ikinci yarısında neft bazarında toparlanma başlayacaq", -deyib.

Arkab, qiymətin düşməsinin Kovid-19-dan qaynaqlandığını, vəziyyətin müvəqqəti olduğunu və təhlükəli hesab etmədiyini dilə gətirib.

Avstriyanın paytaxtı Viyanada 6 Martda təşkil edilən OPEC və OPEC-ə üzv olmayan bəzi neft istehsal edən ölkələrin nazirlərinin yığıncağından hər hansı bir qərar çıxmamışdı və Brent neftin qiyməti 31 dollara qədər geriləmişdi.

Həmçinin Çində ortaya çıxan Kovid-19 dünya daxilində xam neft tələbinə mənfi təsir edir. Bununla da əlaqədar olaraq dünən Brent neftinin qiyməti 15 dollar səviyyələrinədək düşmüşdü. Bakı vaxtı ilə saat 08:20-də Brent nefti 21,39 dollardan ticarət olunub. 

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram