Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 913,5 mln. manat həcmində vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Banco.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə nisbətən neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 20,4% artıb.
Cari ilin yanvar ayında neft-qaz sektoruna 349,7 milyon manatlıq vəsait yönəldilib.
Yanvarda ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalıb. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 394,3 mln. manat həcmində vəsait yönəldilib.
Məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə nisbətən neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 18,1% artıb.
Qeyd edək ki, 2022-ci ildə əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 718,9 milyon manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13 milyard 461,5 milyon manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil etmişdir.
Qeyd edək ki, 2000-ci ildən 2020-ci ilədək Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard dollar investisiya qoyulub, bunlardan 79,5 faizi xarici investisiyalardır.
Bizi sosial şəbəkələrdən izləyin!!