Necə edək ki, həmişə doğru qərarlar verək? | Banco.az

Necə edək ki, həmişə doğru qərarlar verək?

Tamara Mustafayeva, Banco.az

Albert Eynşteyn “Çox oxuyan, ancaq ağlını çox istifadə etməyən bir insanda düşüncə tənbəlliyi meydana gəlir” deyir. Çalışdığınız sahə və ya ixtisasınızla bağlı daima öyrənməyə cəhd göstərmək doğru qərarlar vermək üçün hələ kifayət deyildir. Bəs, hər zaman doğru qərar vermə bacarığını necə formalaşdırmaq lazımdır?

Tanınmış psixoloq Linda Elder-ə görə, bunun yolu tənqidi təfəkkürü inkişaf etdirmək, yəni düşüncə müddətini analiz etməkdir.

Elder–in bu bacarığı inkişaf etdirmək üçün tövsiyə etdiyi 3 üsul var.

1. Məqsədinizi müəyyənləşdirin. Hər bir qərar müəyyən biir məqsədə xidmət edir. Elder “Tənqidi düşünərkən məlumat toplamaq kimi təməl davranışlardan daha çoxunu etmək lazımdır” deyir. Məlumat toplamaq ilkin mərhələdir, əldə edilən məlumatı şərh edə bilməli və onu məqsədə ən münasib şəkildə dəyərləndirməlsiniz.

Məsələn, rəqibləriniz haqqında məlumatlı olmaq ilkin mərhələdir. Onlardan hansılarının daxil olacağınız bazarda yeni məhsul yaratma potensialına sahib olduğunu müəyyənləşdirmək isə məlumatı şərh etməkdir.

Məqsədinizi müəyyənləşdirin, sonra isə;

  1. Bunu özünüzə və komandanıza bildirin.
  2. Bunu yazaraq kompüterinizə və ya lövhənizə yapışdırın. Məqsədiniz sizin başlanğıc nöqtənizdir.
  3. Verdiyiniz hər qərarın məqsədinizə xidmət etdiyindən əmin olun. Məqsədiniz arxa fonda səslənən musiqi kimi daim ağlınızda olmalıdır.

2. Səhvlərinizi incələyin. Bir problemlemi həll edərkən ən çox yol verilən səhv mövcud vəziyyəti ancaq öz mövqeyimizdən dəyərləndirməkdir. Əsasən, müştərilərin, iş yoldaşlarımızın və ya işçilərimizin məsələyə necə yanaşacağına diqqət yetirmirik. Dərhal həll yolunu tapmağa çalışırıq. Nəticə isə adətən uğursuzluq olur.

Tənqidi təfəkkür bacarığını təkmilləşdirərkən doğru qərar verməyinizə mane olan amilləri də müəyyənləşdirin. “Düşüncələrimizi dilə gətirdiyimiz zaman doğru olmayan və ya tərəddüdlü fikirlərin daha asanlıqla fərqinə varırıq.”

Ən sərfəli kredit üçün müraciət et

Bunu etmək üçün öz baxış bucağınızı, məsələyə yanaşmaz tərzinizi dilə gətirin. Özünüzə aşağıdakı sualları ünvanlayın:

  1. Bu məsələ ilə bağlı nə düşünürəm?
  2. Mənim fikrimcə mühüm məqamlar hansılardır?
  3. Veriyiniz qərarla bağlı bütün tərəflərin düşüncə və reaksiyalarını nəzərə alırammı? Gözdən qaçırdığım məqam ola bilərmi?

3. Addımlarınızın nəticəsini düşünün. Qərar vermə bacarığınızı qərarlarınızın nəticəsini düşünərək təkmilləşdirə bilərsiniz. Elder məsələyə belə yanaşır: “Səhvlərin çoxu insanların əksəriyyətinin düşünməyə tənbəl olmasından qaynaqlanır. Qarşılarındakı baxış bucağını dəyərləndirmək istəmirlər.”

Həmçinin oxu: Bu şirkətdə işdən çıxarılacaq şəxsi bütün işçilər birlikdə müəyyən edib

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et