Gələn ay 12 gün iş olmayacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gələn ay 12 gün iş olmayacaq

Azərbaycanda gələn ay ardıcıl 4 gün iş olmayacaq.

Banco.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

Ardıcıl dörd gün – 8, 9, 10, 11 noyabr qeyri-iş günü olacaq.

Noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri qeyri-iş günləridir. Belə ki, ümumilikdə 12 qeyri-iş günü olacaq.