ABŞ-da ikinci əl mənzillərin satışı artıb | Banco.az

ABŞ-da ikinci əl mənzillərin satışı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Milli Əmlakçılar Assosiasiyası (NAR) sentyabr ayına dair ikinci əl mənzil satış göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, ölkədə ikinci əl mənzil satışlarının sayı mövsümi amillərdən təmizlənmiş formada, sentyabr ayında aylıq müqayisədə 1,5 faiz artaraq 4,06 milyon olub.

Sentyabrda bazar gözləntilərinə uyğun şəkildə reallaşan bu göstərici avqust ayında 0,2 faiz azalma ilə 4 milyon səviyyəsində qeydə alınmışdı.

İkinci əl mənzil satışlarının sayı ötən ay illik müqayisədə də 4,1 faiz artım göstərib. ABŞ-da ikinci əl mənzil bazarında median qiymət sentyabrda illik əsasda 2,1 faiz artaraq 415 min 200 dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram