Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 701 milyon 374 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 1 milyon 307 min 899 ton təşkil edib.
Çexiyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 9 ayına nisbətdə 88 milyon 663 min dollar və ya 11,2% azalıb, miqdarı isə 60 min 938 ton və ya 4,9% artıb.
Qeyd edək ki, yanvar-sentyabr aylarında Çexiya Azərbaycanın 2-ci əsas neft idxalçısı olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (9.6 milyon ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!