Müvəffəqiyyətli olduğunuzun 7 sübutu | Banco.az

Müvəffəqiyyətli olduğunuzun 7 sübutu

Araşdırmalara görə insanlar uğurlarının meyarlarını sahib olduqları avtomobillərə, evlərə və pullarına əsasən müəyyən edirlər.

Lakin, insanların müvəffəqiyyətləri bu meyarlara əsasən müəyyən edilmir. İnsanlarla münasibətləriniz, həyatdan aldığınız zövq və bu nöqtəyə gələnədək qət etdiyiniz yol uğurunuzun göstəricisidir.

Biz isə sizlərə müvəffəqiyyətli olduğunuzu sübut edən 7 meyarı təqdim edirik:

Artıq kainatın mərkəzində olmadığınızı bilirsiniz.

“Müvəffəqiyyətli” insanların özlərini kainatın mərkəzində hiss etdiklərini bilirsiniz, onlar üçün digərləri sadəcə bu kainatda yaşayan siravi insanlardır. Elə deyilmi?

Bu, heç də müvəffəqiyyət deyildir. Əsl müvəffəqiyyət başqalarının duyğuları və xəyallarına ən az özününkü kimi əhəmiyyət verməkdir.Onlar olmazsa, uğur da olmayacaq.

Hər zaman pozitivsiniz.

Ümid və optimizm xoşbəxt həyatın ən önəmli komponentləridir. Diqqətinizi yalnız uğursuzluqlara versəniz, daim özünüzü uduzmuş hiss edəcəksiniz.

Uğursuzluğun əbədi olmadığını bilirsiniz.

Səhv etməyən insan heç cəhd etməyən insandır. Uğursuz olmaqdan qorxmayın, bunlar sizə doğru yolu tapmağa kömək edəcəkdir. Cəhd edin və gec-tez istədiyinizi əldə edəcəksiniz.

Ən sərfəli kredit üçün müraciət et

Hadisələrə fərqli prizmalardan baxırsınız.

Bəzən heçnə yolunda getməz. Bu da həyatın bir hissəsidir.  Bu zaman daha pis vəziyyətdə olanları düşünün. Sizin üçün çox böyük görünən problemlərin başqaları üçün əsla sahib ola bilməyəcəkləri avantaj olduğunu fikirləşin. Baxış bucağınızı dəyişdirməyi öyrəndiyiniz an, həyatda ən böyük müvəffəqiyyəti əldə etmiş olursunuz.

Həyatın birinin qalib gəlib, digərinin isə məğlub olduğu bir oyun olmadığını bilirsiniz.

Həyatda bəziləri qalib gələrkən digərləri məğlub olmaz. Birinin böyük uğur əldə etməsi, sizin uğur şansınızı itirdiyiniz mənasına gəlmir. Başqalarının uğrunu içinizdə qısqanclıq olmadan qeyd etməyi bilməlisiniz.

Artıq başqalarının nə düşündüyünə önəm vermirsiniz.

İnsanlara nəyisə sübut etməyə çalışırsınızsa, onların düşüncələrinə önəm verirsiniz deməkdir. İnsanların düşüncələrinin yalnız onlara aid olduğunu və bu fikirlərin sizin üzərinizdə heç bir təsir yaratmaması gərəkdiyini bilməlisiniz.

Dəyişdirə bildiyinizi dəyişdirirsiniz, dəyişdirə bilmədiklərinizi isə qəbul edirsiniz.

Bəzən dəyişdirə bilməyəcəyimiz şeyləri qəbul etməli və ziyanı minimuma endirməyi bacarmalıyıq. 

Ən sərfəli krediti almaq üçün müraciət et