Mütləq izlənilməli karyera motivli maraqlı filmlər | Banco.az

Mütləq izlənilməli karyera motivli maraqlı filmlər

Nigar Umaxanlı, Banco.az

Yay dram fəsli deyil. Odur ki, pandemiya ab-havasından bir qədər uzaqlaşıb ötən əsrin karyera motivli maraqlı filmlərindən zövq alın. Hr-portal.ru, çox güman ki, indiyə qədər izləmədiyiniz 7 filmin siyahısını paylaşıb. Karyera haqqında olan bu məzəli filmlər xoşunuza gələcək. Zamanın sınağından çıxmış, mükafatlar almış bu filmlər indi də iş dünyasında aktual olan məsələlərə diqqət çəkir.

Həmçinin oxu: Karantin dövründə karyeranız və özünüz üçün nə etməlisiniz?

1. Ofis məkanı (Office Space), 1999

Darıxdırıcı melodramlar ürəyinizcə deyilsə, bu çox gülməli filmi izləməyinizi təklif edirik. Deməli, yazıq Piter uğursuz bir hipnoz seansından sonra dəhşətli bir tənbələ çevrilir və iş yerində etməli olduğu şeyləri unudur. O, oyunlar oynayır, müdirə kobudluq edir və sair. Bilmək istəyirsiniz, sonra nə olur? Onun vəzifəsini artırırlar! Bu, hələ başlanğıcdır.

2. Katiblər (Clerks), 1994

Diqqət! Bu filmin rejissoru “Silent Bob”dur. Beləliklə, Nyu Cersi... Kiçik mağazada işləyən gənclər... Bütün gün alıcılara xidmət edən bu uşaqların özünəməxsus dünyagörüşü var. Kişi dostluğunu və ən kiçik bir nüansda böyük bir fürsəti görə bilməyi göstərən bu qeyri-adi, eyni zamanda gülməli və çox müdrik kinoya baxın. Filmdə səfeh zarafatlar olsa da, ağıllı atmacalar da çoxdur. Bu ağ-qara komediyanı izləməyi məsləhət görürük.

3. Reallıq dişləyir (Reality Bites), 1994

Çoxumuzun “Valideynlərlə tanışlıq” filmindən tanıdığımız aktyor Ben Stillerin gözlənilməz rejissor debütünü bəyənəcəksiniz. Aktyor filmi çəkərkən 29 yaşında idi. “Reality Bites”ın prodüseri Deni DeVitodur. Romantika axtaranlar bu filmi bəyənəcəklər. “Reality Bites” televiziyada karyera qurmaq haqqındadır. Qəhrəman bir kino çəkir və olduqca dözülməz bir aparıcının köməkçisi olaraq çalışır, eyni zamanda sənədli film çəkir və qəfil bir prodüserlə tanış olur... Xülasə, adıçəkilən film sevgi və xəyallarının arxasınca qaçmaq barədədir. ABŞ-da X nəsli ilə tanış olmaq üçün mütləq izləyin.

4. Mənzil (The Apartment), 1960

Ən sərfəli kredit üçün müraciət et

Bir çox Oskar mükafatına layiq görülmüş bu filmdə karyera və romantika motivləri var. Hətta Merilin Monro da bu filmdə rol almaq istəyib, lakin kastinqdən keçə bilməyib. Mənzilinin açarını həmkarlarına vermiş sığorta işçisinin ürəyiyumşaqlığı ucbatından başına gələnlər olduqca gülməlidir.

5. Çıxış (Breaking Away), 1979

Bu film gənclərin böyümək istəməməsindən bəhs edir. Xəyalpərəstliklə sintez olunmuş güc və cəsarət — məgər 18-24 yaş arası bütün gənclər bu hisslərlə yaşamır? Film Oskar mükafatına layiq görülüb, üstəlik, Qızıl Qlobus laureatıdır.

6. İşgüzar qadın (Working Girl), 1988

Və yenə Qızıl Qlobus! Nyu-Yorkdan olan gənc qadın yatır və yuxuda görür ki, inanılmaz bir karyera qurub. Yuxusu çin çıxır və müdirinin Misirdə ayağı sınır. Fürsətdən istifadə edən qadının başına məzəli hadisələr gəlir.

Melani Qriffit, Harrison Ford, Siquni Uiver, Alek Bolduin, Coan Kyusak, Kevin Speysi — aktyor heyəti möhtəşəmdir.

7. Görmə sahəsindən uzaq (Out of Sight), 1998

Karyera qurmağa çalışan prokuror və eyni zamanda oğru olan Corc Kluni və Cennifer Lopez! Dostlarla birlikdə izləmək maraqlı olacaqdır. Film Oskara namizəd olub.

Həmçinin oxu: Netflix-də bu ay yayımlanacaq serial və filmlər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et