Netflix-də bu ay yayımlanacaq serial və filmlər | Banco.az

Netflix-də bu ay yayımlanacaq serial və filmlər

Tamara Mustafayeva, Banco.az

Karantin müddətində abunə sayı 16 milyona çatan video striminq platforması Netflix yeni serial və filmlərlə kataloqunu zənginləşdirməyə davam edir. Xatırlayırsınızsa, əvvəlki məqalələrimizdən birində karantin günlərində izləyə biləcəyiniz son illərin ən bəyənilən serial və filmlərini təqdim etmişdik. Əgər həmin siyahıdakıları və daha çoxunu izləyib yeni alternativlər axtarırsınızsa, sizə sevindirici xəbərimiz var. Belə ki, may ayında da bir-birindən maraqlı yeni serial və filmlər kataloqdakı yerini alacaq. Gəlin, siyahı ilə tanış olaq.

Həmçinin oxu: Karantin günlərində Netflixdə izləyə biləcəyiniz ən bəyənilən filmlər

1. Hollywood (2020) – 1 may (Serial)

Ölkə: ABŞ

Janr: Tarixi dram

Prodüser: Ryan Murphy, Ian Brennan

İkinci Dünya Müharibəsindən sonra demək olar ki, heç kəsin həyatı əvvəlki kimi deyildi. Serial müharibədən sonrakı dövrdə Amerikada özlərinə film sektorunda yer tapmağa çalışan bir qrup aktyor və prodüserin hekayəsindən bəhs edir. Hollivud bərabər sistemə sahib deyil, burada irqi və cinsi ayrı-seçkilik hökm sürür.

2. All Day and a Night (2020) – 1 may (Film)

Ölkə: ABŞ

Janr: Dram

Rejissor: Joe Robert Cole

Amerika Birləşmiş Ştatlarında qara dərili insanların məruz qaldığı irqi ayrı-seçkilikdən bəhs edən filmin baş rollarını Jeffrey Wright və Ashton Sanders bölüşürlər. Atası quldur olan, ancaq özü isə əsla ona oxşamaq istəməyən bir gənc ətrafındakı insanlar tərəfindən bu yola çəkilir. Gəncin həbs edilməsi ilə filmin hekayəsi başlayır.

3. The Gentlemen (2020) – 5 may (Film)

Ölkə: Birləşmiş Krallıq, ABŞ

Janr: Aksiyon, Komediya

Rejissor: Guy Ritchie

Matthes McConaughey, Charlie Hunnam, Henry Golding və Colin Farrell kimi məşhur aktyorları birləşdirən film tanınmış rejissor Guy Ritchie imzası daşıyır. Amerika əsilli narkotik satıcısı Mickey Pearson təqaüdə çıxmaq istəyir, ancaq işlər istədiyi kimi cərəyan etmir və hadisələr başlayır.

Ən sərfəli kredit üçün müraciət et

4. Spider-Man: Homecoming (2017) – 7 may (Film)

Ölkə: ABŞ

Janr: Aksiyon, Fantastika, Macəra

Rejissor: Jon Watts

Digər Marvel filmləri kimi tamaşaçıları ekrana bağlayan bu filmin baş rolunu Tom Holland ifa edir. Peter Parker digər gənclər kimi adi məktəb həyatı yaşayır. Ancaq digər gənclərdən fərqli olaraq eyni zamanda dünyanı təhdid edən Vulture ilə də mübarizə aparır.

5. The Eddy – 8 may (Serial)

Ölkə: ABŞ

Janr: Musiqili dram

Prodüser: Jack Thorne

Serialın hekayəsi müasir Parisin rəngli və mədəni məhəllərində cərəyan edir. Bar sahibini və o barın orkest heyətini şəhərdə bir çox təhlükə gözləyir. Dram janrında olan serialda macəra da əksik olmayacaq.

6. White Lines (2020) – 15 may (Serial)

Ölkə: İspaniya, Birləşmiş Krallıq

Janr: Dram

Prodüser: Álex Pina

Mançesterli bir DJ İbizada itkin düşür. İyirmi ildən sonra cəsədinin tapılması ilə hadisələr cərəyan etməyə başlayır. Qətli araşdırmağa başlayan DJ-in bacısının həyatı sirlərlə dolu bir adaya addım atdığı andan etibarən tamamilə dəyişir.

Həmçinin oxu: Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et