Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (III hissə) | Banco.az

Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (III hissə)

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolunu aydınlaşdırmaqdan ötrü qısaca tarixə nəzər salmaq lazımdır.

İqtisadi tənəzzül adlandırdığımız 1991-1995-ci illərdə Azərbaycanın bank sistemi iflic vəziyyətində idi. Bu iqtisadi problemlərin həll olunmasında Mərkəzi Bankın (həmin dövrdə Milli Bankın) qarşısında ciddi vəzifələr dururdu. Belə ki, istənilən bank sisteminin idarəolunması, bankların fəaliyyətinə nəzarət, pul-kredit siyasətinin tənzimlənməsi məhz Mərkəzi Bank tərəfindən həyata keçirilir. Fikrimcə,  həmin dövrdə Milli Bank tərəfindən həyata keçirilən siyasət düzgün olmasa idi hal-hazırda Azərbaycan iqtisadiyyatı bu cür inkişaf edə bilməzdi.

Bank işi zəif hüquqi bazaya əsaslanmış və keçmiş dövrün qanunvericilik aktlarının tələb və prinsiplərinə uyğun idarə olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, dünya ölkələrində istifadə olan çoxsaylı bank əməliyyatlarından respublikada yalnız bir neçəsi icra olunurdu.

Bunlarla yanaşı respublikada Əmanət bankı sistemində də ciddi nöqsanlar və pərakəndə idarəetmə vəziyyəti mövcud idi. Belə ki, Əmanət bankları əhalidən qəbul edilmiş əmanətləri qeyri-səmərəli və məsuliyyətsiz formada idarə etmiş və həmin əmanətlərin vaxtında faizlə qaytarılması üzrə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmuşdur. Bu səbəbdən bir neçə illər ərzində əhalinin Əmanət banklarına etibar etdiklərı əmanətlər qiymətdən düşmüş və yararsız pul ehtiyatına çevrilmişdir. Nəticədə, Əmanət Bankı öz mahiyyətini itirmişdirsə, aparılan islahatlar nəticəsində bank sisteminin fəaliyyətində mövcud olan nöqsan və çatışmamazlıqlar zəif pərakəndə idarəetmə vəziyyəti nisbətən aradan qaldırılmış və onların işində xeyli təkmilləşdirmə aparılmışdır.

Bank islahatlarının növbəti mərhələsində kommersiya bankların intensiv sağlamlaşdırılması üzrə aparılmış tədbirlər bank sisteminin davamlılığının məhkəmləndirilməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratmışdır.

Kommersiya bankların minimal kapitala tələbinin Mərkəzi Bank tərəfindən artırılması və konsolidasiya prosesinin təşviqi özəl bank sisteminin kapital bazasını möhkəmləndirmiş və bank sistemnin inkişafını təmin etmişdir.

Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən islahatlar və institusional inkişaf nəticəsində bank sektorunda kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Bunun nəticəsi olaraq bank sektorunda maliyyə sabitliyi parametrlərinə, risk menecment təcrübəsinə və xidmət şəbəkəsinə görə beynəlxalq standartlara tam uyğun bank sistemi formalaşmışdır.

Hazırda banklar müştərilərinə geniş çeşidli xidmətlər göstərir və pərakəndə bank xidmətləri sürətlə inkişaf edir. Əhaliyə bank məhsulları internet-bank, sms-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir.

Bank sisteminin regional şəbəkəsi və maliyyə xidmətlərinə çıxış imkanları da sürətlə genişlənir, banklar beynəlxalq maliyyə bazarlarında aktiv fəaliyyətə başlayıb. 2007-ci ildən fəaliyyətə başlamışdünyanın nüfuzlu maliyyə qurumları  “Commerzbank” və “Citi”Bankın nümayəndəliklərinin və digər inkişaf etmiş ölkələrin qabaqcıl banklarının (məsələn, “AccessBank”, “Bank VTB Azərbaycan”, “ZiraatBank Azərbaycan” və s) ölkə daxilində fəaliyyətinə icazə verilmişdir ki, bu da dünyanın ən qabaqcıl bankçılıq texnologiyalarının Azərbaycanda tətbiq olunmasına şərait yaratmışdır.

Bazar iqtisadiyyatına keçid dövründə bütün növ bank resurslarının əmələ gəlmə mənbəyində, strukturunda və istifadə olunma mexanizmində əsaslı dəyişiklik baş vermişdir.

Respublikada müasir bank sistemində baş verən əsaslı dəyişikliklərı aşağıdakı kimi qruplaşdırmaq olar:

-Bank sistemində aparılan əsaslı islahatlar dövlət və kommersiya banklarının hüquqlarını və məsuliyətini daha da artırmış və onların tənzimləmə mexanizmi nisbətən gücləndirmişdir;

- Pul tədavülünün tənzimlənməsində bankların rolu və idarəetmə funksiyaları artmışdır;

- Respublikada xarici ölkə bankları ilə rəqabət aparmaq gücünə malik birgəbankların yaradılmasına üstünlük verilmişdir;

- Mərkəzi Banka sərbəst pul-kredit siyasəti yeritmək və dövriyyəyə pul buraxmaq hüququ verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

-Bankların yeni fəaliyət növləri ilə məşğul olmaq, qiymətli kağızlarla əməliyyatlar aparmaq, lizinq, faktorinq və s. əməliyyatlara qoşulmaq imkanları genişlənmişdir.

Müasir bazar iqtisadiyyatı şəraitində bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisi kimi qəbul etmək lazımdır.

(Məsələn, banklar tərəfindən verilən kreditlərlə yeni tikililərin, məktəblərin, yolların salınması ölkənin infrastrukturunun inkişafına, müxtəlif müəssisələrin yaradılması isə istehsalın həcminin artmasına, əhalənin məşğulluğunun təmin olunmasına, bununla əlaqədar olaraq dövlət büdcəsinə vergilərin daxil olmasına təsir edir).

Kreditlərdən əlavə olaraq məhz banklar Mərkəzi Bankın keçirdiyi pul-kredit siyasətində onun əsas rıçaqlarından biri hesab olunur. Belə ki, banklar vasitəsilə Mərkəzi Bank pul emissiyasını həyata keçirir, dövriyyədə olan pul kütləsini tənzimləyir. Banklar tərəfindən əhalənin pul kütləsini əmanətə cəlb olunması həm dövriyyəyə əlavə pul emissiyasının qarşısını alır, yəni bir növ pul artıqlığı olanlarla, pula ehtiyacı olanlar arasında əlaqə yaradır.

Banklar tərəfindən nağdsız hesablaşmarın təmin olunması istər ölkə daxili, istərsə də ölkədən kənar idxal-ixrac əməliyyaları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinə şərait yaradır.

Beləliklə, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi bank sisteminin inkişafının pozitiv dinamikasını saxlamış, bankların maliyyə vasitəçiliyində rolunu daha da möhkəmləndirmişdir.

Hesab edirəm ki, gələcəkdə bank işinin inkişafı və daha da modernizasiyası üzrə yeni konsepsiyanın hazırlanması istiqamətində işlərə başlanılmalıdır.

Və sonda qeyd etmək istərdim ki, Bank sistemində bəzi nöqsan və çatışmazlıqlar mövcuddur və onların aradan qaldırılması ölkənin iqtisadi inkişafında bank sisteminin rolunun daha da artmasına gətirib çıxara bilər.

Həmin nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirəm:

  1. Bank qanunvericiliyinintəkmilləşdirilməsi və vahid bir sistemə salınması. (Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 mart 2004-cü il tarixli Fərmanı ilə “Bank Məcəlləsi”nin layihəsinin hazırlanması barədə AR Mərkəzi Bankına və digər dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir, lakin bu günədək həmin istiqamətdə heç bir addımlar atılmayıb);
  2. Banklarda və bank olmayan kredit təşkilatlarında kredit üzrə faiz dərəcələrinin aşağı salınması;
  3. Bankların daha çox kredit yönümlü olmaması;
  4. Bank məhsullarının çeşidinin artırılması.
  5. Bankların verdiyi debet (kredit) kartları üzrə sığorta haqqının aşağı salınması;
  6. Qiymətli kağızlar bazarının (fond birjasının) canlandırılması;
  7. Peşakar kadrların hazırlanması istiqamətində müvafiq addımların atılması.

Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (I hissə) 

Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (II hissə) 

 

 

 

 

Müəllif: Emil XƏLİLOV,

“Expressbank” ASC-nin Hüquq Departamentinin Hüquqi Təminat şöbəsinin müdiri  

 

Ən sərfəli krediti almaq üçün müraciət et