Azərbaycanda qaz istehlakı 6% artıb | Banco.az

Azərbaycanda qaz istehlakı 6% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin ikinci rübündə təbii qaz istehlakı 2 milyard 418 milyon 158 min kubmetr təşkil edib.

Banco.az bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.

Məlumata görə, təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 684 min kubmetr və ya 6% artıb.

2024-cü ilin ikinci rübündə Azərbaycanda təbii qaz istehlakı 2 milyard 281 milyon 474 min kubmetrə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram