Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Bankı (BOJ) bir gecəlik faiz dərəcəsini dəyişməyərək 0,5 faiz səviyyəsində saxlayıb.
Banco.az xəbər verir ki, Yaponiya Mərkəzi Bankı əsas faiz dərəcəsini sabit saxlayıb, lakin inflyasiya proqnozunu artıraraq faiz artımına yaxınlaşdığına işarə edib.
Yaponiya Mərkəzi Bankı (BOJ) əsas faiz dərəcəsini sabit saxlayıb, lakin inflyasiya proqnozunu gözləniləndən daha çox artıraraq gələcəkdə faiz artımının mümkün ola biləcəyinə dair siqnal verib. Bank eyni zamanda Trampın gömrük rüsumlarının təsirini hələ də qiymətləndirdiyini vurğulayıb.
BOJ-un iki günlük pul siyasəti iclasından sonra cümə axşamı yayımlanan açıqlamada gecəlik faiz dərəcəsinin yekdilliklə 0,5 faiz səviyyəsində sabit saxlandığı bildirilib. Bloomberg-in keçirdiyi sorğuda iştirak edən 56 iqtisadçının hamısı bu qərarı düzgün proqnozlaşdırmışdı.
Doqquz nəfərlik İdarə Heyəti rüblük iqtisadi baxış hesabatında ərzaq qiymətlərindəki artımı nəzərə alaraq cari maliyyə ili üçün inflyasiya proqnozunu 2,2 faizdən 2,7 faizə yüksəldib. Bank həmçinin 2026 və 2027-ci illər üçün inflyasiya proqnozlarını da cüzi şəkildə artırıb və bu il üçün iqtisadi artım gözləntisini də bir qədər yuxarı çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!