Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (I hissə) | Banco.az

Müstəqil Azərbaycanda bank sisteminin yaranma tarixi və inkşafı (I hissə)

Bank sistemi – Azərbaycanın maliyyə sisteminin mühüm institutlarından hesab olunmaqla, özünü təşkil edən və özünü tənzimləyən bir sistemdir.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının “Mərkəzi Bankı haqqında” Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycan Respublikasının kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycan Respublikasında kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri (kredit təşkilatlarının və dövlətin öhdəlik götürdüyü hallar istisna olmaqla) üzrə məsuliyyət daşımır.

Azərbaycan müstəqillik baxımından gənc ölkə olmasına baxmayaraq, qısa zaman ərzində çox yüksək iqtisadi artıma vəinkişafa nail olmuşdur. Əldə olunan nailiyyətlərdə bank sisteminin rolu xüsusi qeyd olunmalıdır. Ona görə ki, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq istənilən ölkənin iqtisadiyyatının möhkəmliyində,hərtərəfli və dinamik inkişafında həmin  ölkənin bank sisteminin əsaslı dərəcədə rolu böyükdür. 

Azərbaycanın Bank sisteminin ilkin inkişafı hələ XIX əsrin ikinci yarısından başlamışdır. Lakin Azərbaycan Respublikası bank sisteminin institusional və hüquqi quruculuğu 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindən sonra başlamışdır. 1992-ci ildə “Azərbaycan Respublikasının Milli Bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunlarının qəbul olunması ilə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyulmuşdur.

Müstəqil Azərbaycan Respublikasının bank sisteminin yaradılması və inkişafının birinci mərhələsi bank sektoruna daxilolmanın azad şərtləri ilə müşaiyət olunmuşdur.

Azərbaycanda bank sisteminin inkişaf mərhələsini 3 hissəyə ayırmaq olar;

Ən sərfəli kredit üçün müraciət et

1. Birinci mərhələ 1990-1992-ci illəri arasında Mərkəzi Bank (həmin dövrdə Milli Bank) sisteminin təşkil edilməyə başlanıldığı,

2. 1992-1994-cü illərdə hiper infilyasiya və qeyri sabit bir şəraitdə bank sisteminin inkişafı,

3. 1994-cü ildən sonrakı makro iqtisadi sabitliyin əldə edildiyi şəraitdə bank sisteminin inkişafına başlandığı mərhələ.

Müstəqil kommersiya banklarından 4-ü əsasən dövlət mülkiyyətinə əsaslanırdı. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsus idi.

Bunlar aşağıdakılardır:

  • AR Aqrar Sənaye Səhmdar Kommersiya Bankı.
  • AR Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankı.
  • AR ƏmanətKommersiyaBankı.
  • AR Beynəlxalq Səhmdar Kommersiya Bankı.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1992-ci il tarixli fərmanına əsasən keçmiş SSRİ Xarici İqtisadi Fəaliyyət Bankı Azərbaycan Respublikası Bankının bazası əsasında Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.

Azərbəycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli fərmanı iləDövlət Bankı, keçmiş SSRİ Sənaye-Tikinti Bankı vəSSRİ Aqrar-Sənaye Bankı Azərbaycan Respublikası bankları bazası əsasında Azərbaycan Respublikasının Milli Bankıvə keçmiş SSRİ Əmanət Bankı Azərbaycan Repsublikasının bankı əsasında isə Azərbaycanın Əmanət Bankı yaradıldı.

1992-ci ilin fevral ayından avqust ayına qədər Sənaye-Tikinti Bankının və Aqrar-Sənaye Bankının müəssisə və şöbələri bilavasitə Azərbaycan Milli Bankının tabeçiliyinə verilmişdir.

 

 

Müəllif: Emil XƏLİLOV,

“Expressbank” ASC-nin Hüquq Departamentinin Hüquqi Təminat şöbəsinin müdiri      

Ən sərfəli krediti almaq üçün müraciət et