Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğan Bank”ın lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib.
Banco.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, “Muğan Bank” Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək.
Qeyd edilib ki, “Muğan Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.
Qeyd edək ki, “Muğan Bank”ın cari ilin III rübünə olan maliyyə göstəriciləri ilə linklərə keçid edərək tanış ola bilərsiniz:
- Mənfəətinə görə bankların reytinqi (III rüb 2023)
- Bankların depozit portfelinə görə reytinqi (III rüb, 2023)
- Bankların kredit portfelinə görə reytinqi (III rüb, 2023)
- Bankların aktivlərinə görə reytinqi (III rüb, 2023)
Bizi sosial şəbəkələrdən izləyin!!