Müflis bankın aktivlərinin satışı 2023-ci ilədək ƏDV-dən azad edildi | Banco.az

Müflis bankın aktivlərinin satışı 2023-ci ilədək ƏDV-dən azad edildi

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi daha 2 il müddətinə ƏDV-dən azad edilib.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, bu müddət 2017-ci il yanvarın 1-dən 3 ildən 5 il müddətinə artırılır.

Layihəyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi müddətidə eyni müddətdə artırılır, yəni ƏDV-dən azad edilir.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et