Moskvanın bu şirkəti halal sertifikatı alıb | Banco.az

Moskvanın bu şirkəti halal sertifikatı alıb

Müəllif: Mehin Qasımova/Banco.az 

"Qırmızı oktyabr"qənnadı fabrikinin bəzi məhsulları halallaşıb.

Banco.az xəbər verir ki, Rusiyada  ilk rəsmi uyğunluq sertifikatı Roskaçestvo-Halal orqanı tərəfindən verilib.

"Alenka", "Qrilyajne", "Duzlu Kozinaçki", " Quş südü", "Babaevski" konfetləri Rosakkreditasiyanın federal dövlət informasiya sisteminə daxil edilib. 

İstehsalın və hazır məhsulların yoxlanışını Roskaçestvo - Halal şirkətinin əməkdaşları və şəriət sahəsində ekspertlər həyata keçirəcək.

Rusiya istehsalçıları məhsullarının halal tanınması üçün 70-dən çox müraciət göndərib. 

Müvafiq qurumda qeyd edildiyi kimi, sertifikat almaq üçün məhsulların tərkibində jelatin və karmin olmamalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram