Moody`s Xalq Bankın reytinqlərini təsdiqlədi | Banco.az

Moody`s Xalq Bankın reytinqlərini təsdiqlədi

Koronavirus pandemiyası və dünya bazarlarında neftin ucuzlaşması ilə bağlı yaranan yeni çağırışlar ölkənin bütün iqtisadi sahələrinin daimi təhlilini zəruri edir. Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun durumunu nəzərdən keçirərək bu sahəyə təsir edən bütün amilləri araşdırıb.

Təhlil çərçivəsində agentlik ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib. Agentliyin analitikləri koronavirusun dünyada sürətli və geniş yayılması fonunda qlobal iqtisadiyyatın perspektivlərinin pisləşməsi, neftin qiymətinin kəskin düşməsi və digər amillərin Bankın gəlirliliyinə mənfi təsir göstərə biləcəyini ehtimal edir və bununla bağlı reytinq üzrə proqnozu  “Stabil”dən “Neqativə” dəyişib.

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime səviyyəsində təsdiqləyib. Həmçinin, Bankın qısamüddətli bank depozitləri və qısamüddətli kontragent riski üzrə reytinqi  NP səviyyəsində təsdiqlənib.

Ən sərfəli kredit üçün müraciət et

Moody`s ekspertləri Bankın kapitallaşma səviyyəsinin sabit olduğunu vurğulayır – Bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,4% (398.9 mln manat), məcmu kapitalının əmsalı isə 21,4% (418.8 mln manat) təşkil edir, bu da tənzimlənmə orqanın sistem əhəmiyyətli banklar üçün müəyyən etdiyi normativ tələblərdən (6% və 12%) xeyli yüksəkdir. Moody`s Xalq Bankın dayanıqlığını, risklərin qarşısını almaq qabiliyyəti, eləcə də sistem əhəmiyyətini nəzərə alaraq, Bankın yaxın 12-18 ay ərzində reytinq üzrə proqnozun yaxşılaşdırılmasını istisna etmir.

ASC “Xalq” Bankı Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et