Müəllif:Ayşən İmanova/Banco.az
Ceff Bezosun “Blue Origin” şirkəti iki illik fasilədən sonra kosmosa turistlərin uçuşlarını bərpa edəcək.
Banco.az xəbər verir ki, şirkət bildirib ki, NS-25 missiyası Qərbi Texasdakı “Launch Site One” kosmik mərkəzindən qalxacaq, uçuş üçün start pəncərəsi mayın 15-də başlayacaq.
Ceff Bezosun dəstəklədiyi “Blue Origin” 2022-ci ildəki missiyanın uğursuzluğundan sonra ekipaj əməliyyatlarının təxminən iki il müddətinə dayandırmışdı. Həmin vaxt kosmosun kənarı orbitinə qısamüddətli səfərlərdə yükləri və insanları daşıyan “New Shepard” raketi 2022-ci ilin sentyabrında ekipajsız missiya Texasdan qalxdıqdan təxminən bir dəqiqə sonra uğursuzluğa düçar olmuşdu.
ABŞ Federal Aviasiya Administrasiyası “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmisi ilə bağlı araşdırmasını ötən il başa çatdırıb və onun nəticələrini açıqlayıb. Şirkətdən mühərrikin yenidən dizaynı və təşkilati dəyişikliklər də daxil olmaqla, ümumilikdə 21 düzəldici tədbir görməsi tələb edilib.
Qarşıdan gələn NS-25 missiyasında ABŞ-da ilk qaradərili astronavt namizəd olan keçmiş Hərbi Hava Qüvvələri kapitanı Ed Duayt da daxil olmaqla altı ekipaj üzvü olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!