“Meta” süni intellekt modelini kommersiya məqsədli istifadəyə verir | Banco.az

“Meta” süni intellekt modelini kommersiya məqsədli istifadəyə verir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” süni intellekt modelini kommersiya məqsədli istifadəyə açır.

Banco.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” şirkəti “Microsoft” da daxil olmaqla böyük bulud provayderləri ilə əməkdaşlıq çərçivəsində “Llama 2” süni intellekt dili modelini kommersiya baxımından istifadəyə verəcək.

Bu barədə şirkət rəsmi açıqlama verib.

Açıqlamaya görə, “Llama 2”nin yeni versiyası tədqiqat və kommersiya məqsədli istifadə üçün açıq mənbə kimi ödənişsiz olaraq təqdim ediləcək.

Açıqlamada həmçinin vurğulanıb ki, sözügedən layihədə “Microsoft”la əməkdaşlıq da növbəti səviyyələrə çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu gündən etibarən “Llama 2” süni intellekt dil modeli "Azure AI" model kataloqunda istifadəyə veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et