Mərkəzi Bank: "Xarici valyutada verilən kreditlərdə sərtləşmə davam edəcək" | Banco.az

Mərkəzi Bank: "Xarici valyutada verilən kreditlərdə sərtləşmə davam edəcək"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin II rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalma müşahidə olunub. Xarici valyutada verilən biznes kreditləri üzrə kredit standartlarında isə sərtləşmə davam edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların 2023-cü ilin III rübü üzrə gözləntilərinə əsasən sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların olacağı, xarici valyutada verilən kreditlərdə isə sərtləşmənin davam edəcəyi proqnozlaşdırılır. 

Məlumata görə, 2023-cü ilin II rübündə bankların likvidliyi, portfelin keyfiyyəti, kreditlərə tələbin artması, ümumi iqtisadi faktorlar, habelə, iqtisadiyyatın sahələri üzrə artım tempi biznes kreditləri üzrə kredit standartlarına yumşaldıcı təsir göstərib. Biznes kreditlərinin verilmə şərtlərində əsas sərtləşdirici faktorlar maliyyələşmə dəyəri, iri borcalanların maliyyə vəziyyətinə dair risklər və uçot faiz dərəcəsi olub. Biznes kreditlərinin verilmə şərtlərində aşağı riskli kreditlərə tətbiq olunan marja və maksimal məbləğ üzrə yumşalma, yuxarı riskli kreditlərə tətbiq olunan marja və məhdudlaşdırıcı meyarlar üzrə isə sərtləşmə müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et