Mərkəzi Bank müsabiqəsinin vaxtı uzadıldı | Banco.az

Mərkəzi Bank müsabiqəsinin vaxtı uzadıldı

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının  “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsinin vaxtı 30 mart 2018-ci il saat 18:00-dək uzadılır.

Xatırladırıq ki, müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir.

Daha ətralı: Mərkəzi Bank müsabiqə elan edir!