Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası çərçivəsində 2017/2018-ci tədris ilinin II yarımilliyində Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər və ümumtəhsil müəssisələrində seminarlar keçirmişdir. Ümumilikdə 540 nəfər iştirakçını əhatə edən seminarların məqsədi maliyyə savadlılığının ümumi anlayışları və Mərkəzi Bankın fəaliyyət istiqamətləri ilə tanışlıq, pul və onun yaranması, milli pul nişanları haqqında məlumatlanma olmuşdur.
Seminarlar zamanı iştirakçılara Maliyyə Savadlılığı portalından (www.bizimpullar.az) müxtəlif videoçarxlar nümayiş etdirilmiş və portalın tədris prosesində istifadəsi üçün tövsiyələr verilmiş və iştirakçıların ünvanladığı suallar cavablandırılmıdır. Eyni zamanda, iştirakçılara yeni 200 manatlıq pul nişanı haqqında videoçarx və təqdimat göstərilmiş, müxtəlif öyrədici materiallar paylanılmışdır.
Qeyd edək ki, Mərkəzi Bank sözügedən “Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar təşəbbüslərini daha da genişləndirərək, əsas hədəf qruplarından olan məktəbəqədər və ümumtəhsil müəssisələrinin şagird və müəllim heyətinə istiqamətlənmiş tədbirləri növbəti tədris ilində də davam etdirəcəkdir.