Azərbaycan Mərkəzi Bankı (AMB) "Capital Partners İnvestisiya Şirkəti"nə xəbərdarlıq edib.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində "Capital Partners İnvestisiya Şirkəti" QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilmiş və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.