Banco.az portalı Mərkəzi Banka istinadən xəbər verir ki, banklardan 4-nün məcmu kapital həcmi hələ requlyatorun məcmu kapitalın həcmi ilə bağlı tələbinə cavab vermir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum məbləğinə tələb 50 mln. manatadək artırılmışdı. Yeni kapital tələbinə uyğunlaşmaq üçün banklara 1 yanvar 2014-cü il tarixədək müddət verilmiş, daha sonra həmin müddət 01 yanvar 2015-ci tarixinə qədər uzadılmış və bununla da banklara 1 il möhlət verilmişdi. Lakin artıq həmin möhlət müddəti başa çatıb. Maraqlıdır ki, banklar hələ də səhim emissiyasını davam etdirir.
Məcmu kapitalın həcminə görə banklar