Müəllif: Tamara Mustafayeva, Banco.az
“Marvel Studiolarının "Fantastic Four" filmi üçün yaradılmış Qalaktika temalı popkorn qabı Ginnesin Rekordlar kitabına düşüb.
Banco.az xəbər verir ki, "Marvel" Studiolarının “Fantastik Dördlü: İlk Addımlar” filmi üçün AMC Kinoteatrları tərəfindən hazırlanan Qalaktika temalı popkorn qabı yalnız bir reklam məhsulu olmaqla kifayətlənməyib, həm də Guinness Dünya Rekorlarına düşüb.
50 sm enində və 47 sm hündürlüyündə olan bu nəhəng qab həm fiziki ölçüləri, həm də dizayn detalları ilə diqqət çəkir.
LED gözləri, metalik səthi və çıxarıla bilən dəbilqəsi ilə kinoteatrlarda vizual şouya çevrilən məhsul, AMC-nin indiyə qədər satışa çıxardığı ən böyük tutumlu (təxminən 10 litr) popkorn qabı hesab olunur. 79,95 dollarlıq qiymətinə baxmayaraq, kolleksiya məhsulu qısa zamanda tükənib və ön satış mərhələsindən etibarən Regal və Cinemark kimi digər böyük zəncirlərdə də təqdim olunub.
Bu xüsusi dizayn yalnız Marvel pərəstişkarlarını hədəfləməklə kifayətlənmir, həm də kinoteatrların məhsul inkişafı vizyonuna işıq tutur. Təkcə 2023-cü ildə AMC xüsusi temalı popkorn qablarından 54 milyon dollar gəlir əldə edib. İzləyici təcrübəsini kolleksiyaçılıqla birləşdirən bu yanaşma, bəzən rejissorların da cəlb edildiyi daha strateji bir planlaşdırma modelinə çevrilir.
Qalaktika qabı temalı kinoteatr məhsullarının necə marketinq alətinə çevrildiyini göstərməsi baxımından yalnız diqqətçəkici deyil, həm də sənaye trendlərinə işarə edən bir nümunədir. Kinoteatrlar artıq yalnız film nümayiş məkanı deyil; təcrübənin, qarşılıqlı ünsiyyətin və marka sadiqliyinin formalaşdığı çoxşaxəli platformalara çevrilir.
Bizi sosial şəbəkələrdən izləyin!!