Hökumət bunun üçün bütün addımları atacaq
Azərbaycan hökuməti milli valyutanın məzənnəsinin möhkəmliyini qoruyacaq.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bunu qəti şəkildə bəyan edib. O bəzi ekspertlərin manatın məzənnəsini məqsədli şəkildə yüksək saxlamağın ixracı bahalaşdırması ilə bağlı fikirlərini əsassız adlandırıb. Bunu Rusiyanın misalında izah etməyə çalışıb.
“1998- ci ildə öz milli valyutasını yenicə denaminasiya etmiş Rusiyada böhran oldu. Qısa müddətdə 1 dollar 6 rubl idi. Sonra bu rəqəm 24 rubla çıxda. Çox qısa bir müddətdə 6-8 ayda Rusiya iqtisadiyyatı əldə etdiyi üstünlüyü itirdi”- deyə Elman Rüstəmov yada salıb.
Mənbə ANS PRESS