Maliyyə Nazirliyinin yeni normativ hüquqi aktları qüvvəyə minmişdir | Banco.az

Maliyyə Nazirliyinin yeni normativ hüquqi aktları qüvvəyə minmişdir

 “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci və 2-ci hissələrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiya Qərarları ilə təsdiq edilmiş aşağıdakı normativ hüquqi aktlar 2014-cü il 03 oktyabr tarixdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə 2014-cü il 04 oktyabr tarixdən qüvvəyə minmişdir:

• “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” ;
• “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan normativ hüquqi aktlarla aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=31610
http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=31611